IKT

15 İyun

Azərbaycan Rusiyanın un və dənli bitkiçilik məhsulları ixracında üçüncü yerdə qərarlaşıb

Azərbaycan Rusiyanın Tula bölgəsindən un və dənli bitkiçilik məhsulları (malt, nişasta, inulin, buğda gluteni) ixracına görə üçüncü yerdə qərarlaşıb. “APA-Economics” Rusiyanın Federal Gömrük Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bu ilin yanvar-may aylarında bu məhsul kateqoriyasının ixrac həcmi 16,18 mln. ABŞ dollar təşkil edib.

Məhsullar 17 ölkəyə ixrac edilib ki, onların sırasında əsas idxalçılar Norveç (ixrac həcmi - 9,77 mln. dollar), ABŞ (2,04 mln. dollar), Azərbaycan (1,23 mln. dollar), Türkiyə (0,9 mln. dollar) və Çili (0,46 mln. dollar) olub.

Bu ixrac növünün 76,1%-i buğda qluteni, 9,7%-i malt, 9,6%-i toz, lopa və kartof  qranulları, 3,6%-i nişasta, inulin, 0,9%-i - buğda unu, 0,1%-i isə digər yollarla işlənmiş dənli taxıl təşkil edib.