IKT

11 İyun

Hacıqabulda 210 ton yun istehsal olunub

Hacıqabulun qoyunçuluq təsərrüfatlarında yun qırxımı başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, rayonda qoyunçuluqla məşğul olan fermerlər, ümumilikdə, bəslədikləri 138 min 432 baş qoyunun hər birindən 2 kiloqram yun qırxmaqla 210 ton yun əldə ediblər.

Ayrı-ayrı fərdi təsərrüfatlarda isə yun istehsalı daha yüksək olub. Qarasu kənd sakini, fermer Qabil Abdullayev yun istehsalında daha yüksək nəticə əldə edib. O, bəslədiyi 1400 baş qoyunun hər birindən 2,2 kiloqram yun qırxıb.