IKT

05 İyun

“Azərtütün ASK” MMC tərəfindən şimal-qərb rayonlarında tütün əkini yekunlaşmaq üzrədir

“Azərtütün ASK” MMC tərəfindən 2020-ci ildə respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 1500 hektardan çox sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün əkini kampaniyası yekunlaşmaq üzrədir. Bu günədək həmin rayonlarda 1418,6 hektar sahəyə tütün şitilləri köçürülüb. Bu, nəzərdə tutulan tütün əkini sahələrinin 93,4 faizini təşkil edir.

“Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev Fins.az-a bildirib ki, tütün istehsalı ilə əlaqədar bu il bölgəyə daxil olan rayonlarda 191 fermerlə müqavilə bağlanılıb. Tütün əkilməsi üçün indiyədək 1492,5 hektar sahədə birinci şum aparılıb, 1406,7 hektar sahəyə gübrə səpilib. Bu günədək Şəki rayonunda 520,56 hektar, Qaxda 275,2 hektar, Zaqatalada 383,1 hektar, Balakəndə isə 239,69 hektar sahəyə tütün şitilləri köçürülüb.