IKT

04 İyun

Ot-taxıl biçini zamanı yanğın təhlükəsizliyi qaydaları ilə bağlı seminar-müşavirələr davam edir

“Naxçıvan” Aqrolizinq Açıq Səhmdar Cəmiyyətində muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, biçin zamanı taxıl zəmilərində işləyəcək kənd təsərrüfatı texnikaları və aqreqatların hazırlığı ilə bağlı səyyar seminar-müşavirə təşkil olunub.

Nazirliyinin mətbuat xidmətindən Fins.az-a bildirilib ki, tədbirdə çıxış edənlər muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıblar.

İştirakçılara ot-taxıl biçini dövründə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması və biçindən sonra sahələrin yandırılmasına görə tətbiq olunan inzibati məsuliyyət növləri haqqında məlumat verilib.

Seminar-müşavirənin sonunda iştirakçılara “Ot-taxıl biçini zamanı yanğın təhlükəsizliyi qaydaları” adlı tövsiyə xarakterli yaddaş kitabçalarının təqdim edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən maarifləndirici tədbirlər bundan sonra da davam edəcək.