Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər üç gündür barama tədarükünə başlayıblar. Artıq 701 kiloqram məhsul “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib.
Xocavənd Rayon İcra Hakimiyyətindən Fins.az-a bildiriblər ki, xocavəndli məcburi köçkünlər üçüncü ildir ipəkqurdu bəsləyirlər. Bu il rayon üzrə 50 qutu (950 qram) ipəkqurdu toxumu yetişdirilib. Cari mövsümdə iki ton barama tədarük ediləcəyi gözlənilir.
Qeyd edək ki, ipəkqurdunun yem bazasını təmin etmək məqsədilə xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə 42 min ədəd tut tingi əkilib. Xocavəndli kümçülər 2018-ci ildə 1 ton 47 kiloqram, 2019-cu ildə 2 ton barama istehsal ediblər.