IKT

03 İyun

Heyvandarlıq məhsullarının istehsalı artıb

Ağsu rayonunun heyvandarları cari ilin beş ayını uğurlu nəticələrlə başa vurublar. Belə ki, məhsul istehsalında bütün göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Rayon Statistika İdarəsindən Fins.az-a bildirilib ki, heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir. Bu ilin beş ayında diri çəkidə 2 min 859 ton ət istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5 ton çoxdur. Habelə, süd istehsalı 43 ton artaraq 12 min 454 tona, yun istehsalı 4 ton artaraq 314 tona, yumurta istehsalı isə 1 milyon 223 min ədəd çoxalaraq 7 milyon 545 min ədədə çatıb.