Bu ilin yanvar-aprel aylarında Azərbaycanın təsərrüfatlarında 43,6 min ton kartof istehsal olunub.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 7,3% artıb.
Hesabat dövründə ölkədə tərəvəz məhsullarının istehsalı ötən ilin ilk dörd ayı ilə müqayisədə 16,7% artaraq 107,0 min ton təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında yaz əkininin əvvəlindən 52 071,0 hektar sahədə kartof, 48 274,7 hektar ərazidə isə tərəvəz məhsulları əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricilərini müvafiq olaraq 8,3 və 7,2% üstələyir.