Bu ilin yanvar-aprel aylarında muxtar respublikada 42 milyon 248 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 8060,3 ton, süd istehsalı 26090,4 ton olub.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,5 faiz, süd istehsalı isə 1,6 faiz artıb