Muxtar respublika iqtisadiyyatında mühüm sahələrdən biri olan əkinçilik məhsulları istehsalında Kəngərli rayonunun özünəməxsus yeri var. Torpaq mülkiyyətçiləri hərtərəfli dövlət qayğısından səmərəli istifadə edərək daxili bazarın qorunmasında səy və bacarıqlarını əsirgəmir, qazandıqları uğurları ildən-ilə artırırlar.
Fins.az xəbər verir ki, rayonda bu günədək 275 hektarda şum qaldırılıb, 265 hektarda yazlıq əkinlər keçirilib. Bunun 50 hektarını yazlıq arpa, 8 hektarını kartof, 5 hektarını tərəvəz, 1 hektarını paxlalılar, 8 hektarını isə bostan bitkiləri təşkil edir. Əkinçiliyin digər sahələri də diqqət mərkəzində saxlanılıb. Belə ki, 75 hektarda qarğıdalı, 8 hektarda günəbaxan, 23 hektarda tütün, 87 hektarda isə təzə yonca əkilib. Eyni zamanda, payızda əkilmiş taxıl sahələrində alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri aparılır.
Yaz əkinlərinin davam etdirildiyi rayonda torpaq mülkiyyətçiləri mövsümü uğurla başa vurmaq üçün səy və bacarıqlarını əsirgəmirlər.