Hacıqabulda cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitkilərin əkini davam edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları indiyədək 2120,6 hektar sahəyə toxum səpiblər. Səpin aparılan sahələrin 503,8 hektarını şəkər çuğunduru, 450 hektarını təzə yonca, 40 hektarını kartof, 448 hektarını tərəvəz, 260 hektarını isə bostan bitkiləri sahəsi təşkil edir. Əkinçilər, həmçinin 260 hektar sahədə çiyid səpini də aparıblar.