IKT

19 May

Meyvə-tərəvəz idxalı artıb

Bu ilin yanvar-aprel aylarında ölkəyə 165,6 min ton meyvə-tərəvəz idxal olunub.

Fins.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal olunan meyvə-tərəvəzin dəyəri 88,9 milyon dollar təşkil edib.

Xatırladaq ki, ötən ilin eyni aylarında ölkəyə 80,3 milyon dollarlıq 156 min tonadək meyvə-tərəvəz idxal olunub.