IKT

15 May

Belarus Prezidenti : “Kartof ölkənin xilası olacaq\"

Belarus Prezidenti Aleksandr Lukaşenko əhaliyə kartofun “ölkənin xilası” olduğunu deyib.

Fins.az xəbər verir ki, bu barədə ölkə başçısı Vitebsk rayonunda kənd təsərrüfatı məhsulları ilə əlaqədar yığıncaqda bildirib.

A.Lukaşenko malları təkcə xaricə göndərməyə deyil, yaxşı qiymətə satmağa çağırıb. Bu baxımdan o, Kənd Təsərrüfatı nazirinə hər yerdə kartof əkməyə göstəriş verdiyini qeyd edib:

“Mənə elə gəlir ki, bu il kartofun qiyməti yaxşı olacaq... Daha çox əkmək lazımdır. Bu, bir xilas olacaq”.

 O əlavə edib ki, təsərrüfatlarda toxum varsa, 50-70 hektar sahə əkilə bilər:

“Texnologiyaya uyğun işləsəniz, böyük miqdarda olmasa da, pul qazanacaqsınız. Sizin məhsulunuzu elə tarladan alacaqlar”.

Belarus lideri kartofa qonşu ölkələrin bazarlarında və ilk növbədə, Rusiya və Ukraynada böyük tələbat olacağına inandığını vurğulayıb.