IKT

14 May

Azərbaycan ət idxalını 2%-dən çox azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 29,3 milyon ABŞ dolları dəyərində 16,3 min ton ət idxal edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 milyon ABŞ dolları (23,3%) çox və 370 ton (2,2%) azdır.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,9%-ni təşkil edib.