Azərbaycan bu il 10-a yaxın ölkəyə soğan ixrac edəcək.
Fins.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, ölkədə soğan yığımı başlanıb. “Artıq Bərdə rayonunda soğan yığımı aparılır. Məhsuldarlıq boldur. Hazırda soğanın 1 kiloqramı yerində 23 qəpikdir. Bazarda isə bu qiymət 35-40 qəpik arasında dəyişir”, - deyə V.Hüseynov bildirib.
O qeyd edib ki, hazırda Azərbaycan Ukrayna, Rusiya, Belarus, Türkiyə ilə yanaşı, bu il Polşaya və ərəb ölkələrinə də soğan ixrac edəcək. Fermerlər artıq ilkin olaraq bu il ərəb ölkələrinə soğan ixracına başlayıb. Yaxın günlərdə Ağdam və Beyləqanda da yığıma start veriləcək. Yığım tam gücü ilə aparılandan sonra digər ölkələrə də soğan ixracına start veriləcək.