ABŞ-da koronavirus epidemiyasının yaratdığı ət böhranı bu məhsulu sadə amerikalılar üçün əlçatmaz edib.
Fins.az “Bloomberg”-ə istinadən xəbər verir ki, ABŞ-ın “Tyson Foods” və “Cargill” kimi böyük müəssisələrinin işçiləri arasında koronavirusun yayılması həmin istehsal sahələrinin bağlanmasına səbəb olub.
İri müəssisələrin işçilərinin əksəriyyəti aztəminatlı ailələrdən olan immiqrantlar, xəstəlik məzuniyyətinə gedə və ya müvafiq tibbi xidmətə müraciət edə bilməyən miqrantlardır.
ABŞ-da koronavirusun yayılması səbəbindən ət emalı həcmləri aşağı düşüb ki, bu da öz növbəsində mağazalarda piştaxtaların boşalmasına gətirib çıxarıb.
Qeyd olunur ki, böhran adi ətdən iki dəfə baha olan orqanik ət həcminə təsir etməyib. Sonuncunun istehsal edildiyi müəssisələr işçi sayı az olduğu üçün sosial məsafəyə və gigiyena qaydalarına riayət edə bildiklərindən bağlanmayıb.
Mənbə bildirir ki, koronavirus pandemiyası nəticəsində ABŞ-da ət varlıların yeməyinə çevrilib. Orta statistik vətəndaşlar artan işsizlik və gəlir itkisi ilə qarşılaşdıqları üçün baha ətə çox pul xərcləyə bilmirlər.