Saatlıda cari ilin məhsulu üçün yazlıq bitki əkini davam edir.
Rayonun statistika idarəsindən Fins.az-a bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları indiyədək 15 min 109.7 hektar sahədə yazlıq bitkilər əkini aparıblar ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 hektar çoxdur. Əkin aparılmış sahələrin 1609 hektarını təzə yonca, 309 hektarını kartof, 683 hektarın tərəvəz, 1955 hektarını bostan bitkiləri, 54.5 hektarını şəkər çuğunduru, 14 hektarını günəbaxan, 14 hektarını soya, 186 hektarını qarğıdalı, 32 hektarını isə dənli paxlalı bitkilər təşkil edir. Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 13 min 616.2 hektar sahədə pambıq əkilib. Yaxın günlərdə rayonda çiyid səpini başa çatacaq.