Salyanda yazlıq bitkilərin əkini davam edir. Əkinə vaxtında və mütəşəkkil başlayan fermerlər dövlətin məhsul istehsalının artırılması ilə bağlı əkinçilərə göstərdiyi dəstəkdən və verilən əlavə subsidiyalardan yararlanaraq 7 min 553 hektar sahədə yazlıq bitkilər əkini aparıblar.
Rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov Fins.az-a bildirib ki, əkin aparılmış sahələrin 171 hektarını qarğıdalı, 3 min 511 hektarını təzə yonca, 405 hektarını kartof, 681,5 hektarını tərəvəz, 633 hektarını bostan bitkiləri təşkil edir. Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 2 min 148,4 hektar sahədə çiyid səpilib.
Hazırda torpaq mülkiyyətçiləri yazlıq bitkilər əkini aparılmış sahələrdən bol məhsul götürmək üçün becərmə işləri aparır, bitkilər yemləmə gübrəsi və suvarma suyu ilə təmin olunur, alaq otlarından təmizlənilir.