Saatlıda son illər quşçuluq təsərrüfatına maraq artıb. Belə fermerlərdən biri də Şahin Qasımovdur. O, “Kuban” və yerli sortlardan ibarət quşçuluq təsərrüfatı yaradıb.
Fins.az xəbər verir ki, ilk satışdan yüksək gəlir əldə edən fermer təsərrüfatı genişləndirməyi planlaşdırır.
Şahin Qasımov bildirir ki, təsərrüfatı 1 ildir yaradıb. Burada yerli sort kənd toyuqları ilə yanaşı, 3 min baş “Kuban” sortundan olan cücə də bəslənilir. Bu növ quşlar 40-45 günə satışa hazır olur. Bundan başqa, təsərrüfatda yerli növ kənd cücələri də yetişdirilir.
Burada 4 nəfərin məşğulluğu təmin olunub. Şahin Qasımov fermanı yaxın gələcəkdə daha da böyütməyi nəzərdə tutur.