IKT

07 May

Bu rayonda 8 min hektardan çox sahəyə çiyid səpilib

Sabirabadda çiyid səpini sürətlə davam edir. Ötən il 25 min 210 ton xam pambıq istehsal edən sabirabadlı əkinçilər cari ildə 9 min 389 hektar sahədə pambıq əkməyi planlaşdırıblar. Sahələrdə məhsul yetişdirmək üçün rayonda bütün lazımi tədbirlər vaxtında həyata keçirilib, müqavilə bağlanılmış məhsul istehsalçıları texnika, toxum və dərman preparatları ilə təmin olunub və digər lazımi köməkliklər göstərilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, səpin kampaniyasına mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 8 min 699 hektar sahəyə toxum səpiblər. İşin yaxşı təşkili nəticəsində gün ərzində rayon üzrə 170-180 hektar sahəyə çiyid səpilir. İlkin səpin aparılmış 3 min 385 hektar sahədə normal bitiş alınıb.

Məhsul istehsalçıları səpini vaxtında başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.