Astara rayonunda yaz əkini kampaniyası davam edir. İndiyədək 3367 hektar sahədə əkin aparılıb.
Bu barədə Astara Rayon Statistika İdarəsindən Fins.az-a məlumat verilib.
Qeyd olunub ki, indiyədək sahələrdə 447 hektar soğan, 169 hektar sarımsaq, 42 hektar kələm, 224 hektar xiyar, 258 hektar pomidor, 364 hektarda sair tərəvəz bitkiləri əkilib.
Hazırda tərəvəz sahələrində əkin kampaniyası davam edir. Bu il rayonda 2000 hektar sahədə tərəvəz bitkilərinin əkilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ötən il Astara rayonunda 2067 hektar sahədə tərəvəz bitkiləri əkilib. Tərəvəz sahələrindən 26421 ton məhsul yığılıb. Hər hektardan götürülən məhsuldarlıq 127,8 sentner təşkil edib.