2020-ci ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artaraq 5124,6 milyon manat olub.
Fins.az xəbər verir ki, Bakıda ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 0,9 faiz artaraq 2378,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,1 faiz artaraq 2746,3 milyon manata bərabər olub.
İstehlak məhsullarının 30,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 20,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 48,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.