IKT

05 May

Samuxda kənd təsərrüfatı məhsullarının istehsal həcminin 87,9 faizi heyvandarlıq məhsullarının payına düşür

Bu ilin ilk rübündə Samux rayonunun təsərrüfatlarında 23185 baş iribuynuzlu mal-qara, 137459 baş qoyun və keçi qeydə alınıb.

Samux Rayon Statistika İdarəsindən Fins.az-a bildirilib ki, iribuynuzlu mal-qaranın 704 başı kənd təsərrüfatı müəssisələrində, 22481 başı əhali təsərrüfatlarında, qoyun və keçilərin 17150 başı kənd təsərrüfatı müəssisələrində, 120309 başı isə əhali təsərrüfatlarında olub.

Bu ilin birinci rübündə diri çəkidə ət istehsalı əvvəlki ilə nisbətən 3 ton artaraq 1505 ton, süd istehsalı 9 ton artaraq 8162 ton, yumurta istehsalı 52 min ədəd artaraq 2731 min ədəd olub.

Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 14487,8 min manat olub ki, bunun da 12740,5 min manatını və ya 87,9 faizini heyvandarlıq məhsulları təşkil edib.