IKT

04 May

Bu rayonda 26 ton barama tədarükü gözlənilir

Cari ildə Yevlaxda yaş barama istehsalının əvvəlki illərlə müqayisədə artırılaraq 26 tona çatdırılması qarşıya hədəf qoyulub. Bu məqsədlə 600 qutu (11 min 400 qram) ipəkqurdu toxumu gətirilərək 300-dən çox kümçüyə paylanılıb.

Yevlax Şəhər İcra Hakimiyyətindən Fins.az-a bildirilib ki, rayonun xeyli inkişaf edən sahələrindən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildən başlayaraq yenidən bərpa edilməyə başlanılıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə həmin il rayon ərazisində 95 min ədəd, 2017-ci ildə 53 min ədəd, 2018-ci ildə 35 min ədəd, 2019-cu ildə isə 39 min 200 ədəd tut tingi əkilib. 2017-ci ildə rayonda 5,5 ton, 2018-ci ildə isə 11 ton, 2019-cu ildə 7,54 ton barama istehsal olunub. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir.