IKT

01 May

Füzuli kümçülərinə 1250 qutu ipəkqurdu toxumu paylanılıb

Ötən il Füzuli rayonunda 49,5 ton barama istehsal olunub. Yetişdirilən məhsulun bəhrəsini görən kümçülər cari ildə daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar.

Rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən Fins.az-a bildiriblər ki, Qax Damazlıq İpəkçilik Stansiyasından 1250 qutu (23 min 750 qram) ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən ailələrə paylanılıb. Cari mövsümdə 50 tondan çox barama istehsalı nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə ildir Füzuli rayonunda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpa edilməsinə başlanılıb. 2016-cı ildə 3070 kiloqram, 2017-ci ildə 24 ton 320 kiloqram, 2018-ci ildə 38 ton, 2019-cu ildə isə 49,5 ton barama isehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 200 min ədədə qədər tut tingi əkilib.