IKT

30 Aprel

Bu rayonda 2735 hektar sahəyə çiyid əkiləcək

İqtisadiyyatının əsasını müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən Goranboyda pambıq əkininə başlanılıb.

Rayon icra hakimiyyətindən Fins.az-a bildirilib ki, bu məqsədlə 2073,7 hektar sahədə çiyid səpini aparılıb.

Ümumilikdə, cari ildə 2735,3 hektar sahədə pambıq əkini nəzərdə tutulur. Hazırda rayonda əkin işləri davam etdirilir. Çiyid səpinin aparılması üçün bütün lazımi aqrotexniki tədbirlər həyata keçirilib.