Muxtar respublikada 2020-ci ilin yanvar-mart aylarında bir il öncəyə nisbətən 2,5 faiz çox, yəni 29 milyon 652 min 800 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən Fins.az-ın Naxçıvan bürosuna bildirilib ki, 2020-ci ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 6 min 330,5 ton ət, 13 min 60,7 ton süd istehsal edilib. Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,7 və 1,8 faiz çoxdur.
Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb. 2020-ci ilin ilk rübündə muxtar respublikadan 12 milyon 153 min 500 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub.