“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti yaşayış məntəqələrində əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması və texniki işlərin görülməsi ilə bağlı elan etdiyi 6 açıq tenderə yekun vurub.
Fins.az xəbər verir ki, tenderlərin qalibləri “Azər Elektrik Tikinti", "İqbal-R", "Azərtranss" və "Şəmkir Su Artezian-Nur” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 1 075 min manat, 5 924 min manat, 3 530 min manat və 4,935 min manat, ümumilikdə isə 15 464 min manat ödəniləcək.