IKT

22 Aprel

Hacıqabulda heyvandarlıq məhsullarının istehsalı artır

Hqacıqabulda heyvandarlıq məhsullarının istehsalı ilbəil artır. Rayonda əsas təsərrüfat sahəsi olan heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılması üçün müxtəlif tədbirlər həyata keçirilir, yeni-yeni heyvandarlıq təsərrüfatları, quşçuluq kompleksləri və süni mayalanma məntəqələri yaradılır. Görülən işlər nəticəsində rayonda mal-qaranın baş sayı, ət və süd istehsalı artır.

Rayon statistika idarəsindən Fins.az-a verilən məlumata görə, hazırda heyvandarlıq təsərrüfatlarında 35 min 113 baş iribuynuzlu mal-qara, 130 min 11 baş qoyun-keçi bəslənilir. Naxırlarda ana inək və camışların sayı 15 min 311 başa çatıb. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması və cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər ət və süd istehsalının da artmasına güclü təsir göstərib.

Cari ilin üç ayı ərzində rayonda 2 min 928,9 ton ət (diri çəkidə), 1191,9 ton süd istehsal olunub ki, bu da 2019-cu ildə istehsal olunan ətdən 524,7, süddən isə 46,4 faiz çoxdur.