Cari ilin yanvar-mart aylarında quşçuluq müəssisələrində diri çəkidə 19,1 min ton (keçən il 18,4 min ton) quş əti və 214,8 milyon ədəd (keçən il 176,5 milyon ədəd) yumurta istehsal olunub.
Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 13 milyon 311,7 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 50 ədəd yumurta alınıb.