Bu gün Şərur rayonunda növbəti ağacəkmə kampaniyası çərçivəsində Qarxun, Yuxarı Daşarx kəndlərində, Kürkənddə və digər yaşayış məntəqələrində 10 hektara yaxın yeni meyvə bağları salınıb.
Fins.az xəbər verir ki, Kürkənddəki 1 hektarlıq meyvə bağına 400 nektarın ağacı əkilib. Yuxarı Daşarx kəndi ərazisində 1,6 hektara 630, Qarxun kəndinə 0,4 hektara meyvə tingi əkilib, Aşağı Daşarx kəndində ötən il salınmış “Gənclər bağı”nda bərpa məqsədi ilə 80 tingdən istifadə olunub.
Şərur şəhərinin parklarına və yol kənarlarına yaşıllaşdırma məqsədilə xeyli meyvə və bəzək tingləri, dibçəklərdə yetişdirilmiş əlvan çiçək, həmişəbahar və qızılgül kolları əkilib.