Ötən ilin yanvar-mart ayları ilə müqayisədə cari ilin birinci rübündə diri çəkidə ət istehsalı 3 faiz artaraq 126,6 min ton olub.
Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, hesabat dövründə süd istehsalı 1,7 faiz artaraq 475,6 min ton, yumurta istehsalı 9,7 faiz artaraq 485,3 milyon ədəd, tərəvəz istehsalı 16,1 faiz artaraq 79,3 min ton təşkil edib.