Kənd təsərrüfatında yaz-tarla işləri aparılır və bu il aprelin 1-nə kimi 115,9 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 14,5 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 3,6 min hektarı dən üçün qarğıdalı), 31,9 min hektarda kartof, 24,2 min hektar sahədə tərəvəz, 4,2 min hektarda bostan bitkiləri, 1,8 min hektar sahədə şəkər çuğunduru, 1,2 min hektarda dən üçün günəbaxan, 37,8 min hektar sahədə çoxillik otlar, 0,2 min hektarda birillik otlar və 0,1 min hektar sahədə sair yazlıq bitkilər əkilib.
Bu barədə Fins.az-a Dövlət Statistika Komitəsindən bildirilib.