IKT

17 Aprel

Azərbaycan şəkər ixracını 16% artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 7 100,12 ton şəkər ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16,2% çoxdur.

Fins.az-ın Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, 2020-ci ilin I rübündə 2 910,12 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 5,1% üstələyir.

Cari ilin yanvar-mart aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,07%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,68%-ə bərabər olub.