2020-ci ilin yanvar-mart aylarında Azərbaycan 2 225,4 min ABŞ dolları dəyərində 325,12 ton çay ixrac edib ki, bu da ötən ilin eyni ayları ilə müqayisədə 11% çoxdur.
Fins.az-ın Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ölkəyə 12 692,61 min dollar dəyərində 3 388,58 ton çay idxal olunub ki, bu da 2019-cu ilin analoji ayları ilə müqayisədə 27,1% çoxdur.
Bu ilin ilk üç ayında çayın ticarət dövriyyəsində 10467,21 min dollarlıq mənfi saldo yaranıb. Bu, 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 31,1% çoxdur.