Bu ilin yanvar-mart aylarında Azərbaycan 3,398 milyon ABŞ dolları dəyərində 2 099,5 min ton süd idxal edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 588 min dollar (20,9%) çox və 21,5 ton (1%) azdır. Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0,1%-ni təşkil edib.