Yanvar-fevral aylarında ölkəyə 28 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.
Fins.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal edilən piylər və yağların dəyəri isə 25,6 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2019-cu ilin eyni dövründə ölkəyə 21,9 milyon dollarlıq 27 min 751 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.