IKT

30 Mart

Fermerlər subsidiyanın yalnız 25%-ni nağdlaşdıra biləcək

Subsidiya qaydalarına görə, fermerlər onların “Fermer Kartı”na köçürülmüş subsidiyanın yalnız 25%-ni nağdlaşdıra bilirlər.

Vəsaitin kartda qalan 75%-nə isə gübrə, toxum və pestisid təchizatçılarından pos-terminal vasitəsilə ödəməklə bu məhsulları ala bilərlər. Təchizatçılar barədə məlumat, onların rayonlar üzrə dislokasiyası və əlaqə telefonları AKİA saytında (//akia.gov.az/az/subsidiya) yerləşdirilib.