IKT

28 Mart

Azərbaycan çay idxalını 23% artırıb

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycan 1 413,57 min ABŞ dolları dəyərində 204,35 ton çay ixrac edib ki, bu da ötən ilin eyni ayları ilə müqayisədə 2,1% azdır.

Fins.az Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ölkəyə 8 930,71 min dollar dəyərində 2 329,38 ton çay idxal olunub ki, bu da 2019-cu ilin analoji ayları ilə müqayisədə 23,1% çoxdur.

Bu ilin ilk iki ayında çayın ticarət dövriyyəsinin dəyərində 7 517,14 min dollarlıq mənfi saldo yaranıb. Bu, 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 29,4% çoxdur.