IKT

19 Mart

Ucuz, amma, daha çox valyuta gəliri


Əsas Səhifə  Xəbərlər  Kənd təsərrüfatı

Xəbərlər
Kənd təsərrüfatı
Ümumi iqtisadi xəbərlər

Ucuz, amma, daha çox valyuta gəliri

19/03/2020Pambıq sahəsi
    

2020-ci ilin ilk 2 ayında Azərbaycandan xaricə 21,74 min tonluq pambıq lifi satılıb. Bu öncəki ilin eyni dövrü ilə müqayisədə ixrac olunan bu məhsulun həcmi 22 faiz artmalı olub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac olunan pambıq lifi müqabilində Azərbaycana 30,36 mln. dollarlıq vəsait daxil olması deməkdir. Öncəki il bunun 25,96 mln. dollar olduğunu nəzərə alsaq valyuta gəlirində 17% artımın olması müşahidə edirik.

Lakin, digər bir məsələ, ixrac edilmiş bu məhsulun hər kq-da öncəki ildə 1,45 dollar olduğunu görsək, bu ilin eyni dövründə bu 1,40 dollar/kq təşkil etdiyini görürük. Yəni, hər 1 tonunda Azərbaycan 50 dollar daha az gəlir əldə olunub.

Bundan əlavə ölkədən xaricə 6,27 mln. dollarlıq iplik üçün nəzərdə tutulan pambıq satılıb.

Xatırladaq ki, 2019-cu ildə ölkəmizin pambığının həcmi 77,15 min tondan çox olmaqla, ixrac dəyəri $122,37 milyon olub. Öncəki illə müqayisədə 2019-cu ildə ölkənin ixrac etdiyi bu məhsulun dəyərinin 54% artması deməkdir. Pambığımızı əsas hissəsi, yəni, 89%-ni Türkiyə alıb ki, ixrac dəyəri 108,51 milyon manat olub.

2019-cu il üzrə statistika: