IKT

18 Mart

Naxçıvan kənd təsərrüfatı məhsullarının istehsalını artırıb

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında dəyəri 15,74 mln. manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,4% çoxdur.

Fins.az-ın Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 3 694,3 ton, süd istehsalı 5 228 ton olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,2%, süd istehsalı isə 1,7% artıb.

@apa