IKT

18 Mart

Azərbaycandan fındıq, alma və xurma ixracı azalıb

Azərbaycandan fındıq, alma və xurma ixracı azalıb.

Fins.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, 2020-ci ilin ilk 2 ayı ərzində Azərbaycandan 22 milyon 576 min dollar dəyərində 3 734 ton fındıq, 6 milyon 617 min dollar dəyərində 15 438 ton alma və 14 milyon 109 min dollar dəyərində 17 909 ton xurma ixrac edilib.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin ilk 2 ayında Azərbaycandan 25 milyon 104 min dollar dəyərində 4 781 ton fındıq, 9  milyon 791 min dollar dəyərində 23 320 ton alama və 17 milyon 484 min dollar dəyərində 23 046 ton xurma idxal edilmişdi.

Cari ilin ilk 2 ayında Azərbaycandan 75 milyon 556 min dollarlıq meyvə-tərəvəz ixrac edilib. Bu rəqəm ötən ilin eyni dövründə 75 milyon 972 min dollar idi. Cüzi artım pomidor ixracının məbləğinin 17 milyon 808 min dollardan 24 milyon 715 min dollar yüksəlməsilə əlaqədardır.