IKT

17 Mart

Ötən il Hacıqabulda 6 tondan çox bal istehsal olunub

Hacıqabulda arıçılığın inkişafına xüsusi diqqət yetirildiyindən rayonda arı ailələrinin sayı ilbəil artır, məhsul istehsalı çoxalır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, dövlətin arıçılığın inkişafına göstərdiyi hərtərəfli dəstək və hər arı ailəsinə görə verilən 10 manat subsidiya rayonda arı ailələrinin artırılmasına və məhsul istehsalının çoxalmasına müsbət təsir göstərir. Hazırda rayonun ayrı-ayrı arıçılıq təsərrüfatlarında 1133 arı ailəsi saxlanılır. Ötən il bu arı ailələrinin hər birində 5-6 kiloqram olmaqla, 6 ton 798 kiloqram məhsul istehsal edilib. Məhsulun yarıdan çoxu rayonun Meyniman və Ələtli inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə fəaliyyət göstərən təsərrüfatlarda istehsal olunub.