IKT

17 Mart

Ötən il Astarada 350 tona yaxın bal məhsulu istehsal edilib

Ötən il Astara rayonunda 350 tona yaxın bal məhsulu istehsal olunub

Bu barədə Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov məlumat verib. Bildirib ki, Astara rayonunun əksər dağlıq ərazilərində, xüsusən də rayonun Siyəkü inzibati ərazisində arıçılıq əhalinin əsas məşğuliyyəti hesab edilir.
Rayonda arı ailələrinin sayı ilbəil artır. Bunun əsas səbəblərindən biri də dövlət tərəfindən hər arı ailəsinə görə 10 manat subsidiyanın verilməsidir. Verilən subsidiyalar arıçıların işini daha da yaxşılaşdırmaqla, təsərrüfatlarını genişləndirməyə imkan yaradır.
Ötən il Astara Dövlət Aqrar İnkişaf Mərkəzinə 505 arıçı ərizə ilə müraciət edib. 17387 arı ailəsinə görə arıçılara 173 min 870 manat subsidiya verilib.

@Azertac