Masallıda ənənəvi təsərrüfat sahələrindən biri baramaçılıqdır. Ölkəmizdə fermerlərə, məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi, onalara verilən subsidiyalar, güjətli kreditlər rayonda baramaçılığın inikşafı üçün real imkanlar yaradıb.
Masallı Rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən, ötən il rayonda 5318,80 kiloqram yaş barama “Azər-İpək” MMC-yə təhvil verilib.
Təhvil verilmiş yaş baramaya görə istehsalçılara hər kiloqramına görə 4 manat olmaqla 21218,67 manat ödənilib.
Dövlət büdcəsinin vəsaiti hesabına isə təhvil verilmiş yaş baramanın hər kiloqramına görə 5 manat olmaqla 26395,50 manat subsidiya hesabalanaraq, cəmi 47614,17 manat kümçülərin bank hesablarına köçürülüb.
Rayonda baramaçılığın yem bazasını möhkəmləndirmək məqsədilə Çin Xalq Respublikasından 2018-ci ildə 25000, 2019-cu ildə isə 30000 ədəd tut tingi gətirilib.
@Azertac