IKT

12 Mart

Kürdəmirdə indiyədək 850 hektarda yazlıq kartof əkilib

Kürdəmirdə indiyədək 850 hektarda yazlıq kartof əkilib.

Rayon icra hakimiyyətindən bildirilib ki, cari mövsümdə 900 hektarda yazlıq kartof əkini gözlənilir. Əkin daha çox rayonun Kürqırağı ərazilərində, o cümlədən Axtaçı, Mehdili, Qocalı, Ərəbqubalı, Köhünlü və bir sıra digər ərazi vahidlərində aparılıb.

Qeyd edək ki, keçən il rayonda 16 min160 ton kartof istehsal olunub. Bu, inişilkindən 318 ton çoxdur.

©Azertac