IKT

12 Mart

Yeni istixanalar yaradılır

Son illər İmişlidə istixana şəraitində yetişdirilən xiyar-pomidor və digər bitkilərin əkininə maraq artıb. 

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ayrı-ayrı yaşayış məntəqələrinin ərazisində fəaliyyət göstərən istixanalarda pomidor yığımına başlanılıb. Tədarük olunan məhsulun əksər hissəsi daxili bazarlara göndərilir. Qiyməti də təsərrüfat sahiblərini qane edir.

Fermer Səlahət Qafarov bildirib ki, qısa müddətdə 12 tondan çox məhsul tədarük edərək, yerli bazarlara çıxarıb: “Hələ istixanada məhsulumuz çoxdur. Təxmini hesablamama görə, bundan sonra bazarlara daha 100-110 ton pomidor göndərə biləcəyəm”.

Qeyd edək ki, İmişlidə 7,6 hektar ərazisi olan yeddi istixana kompleksi mövcuddur. Hazırda rayonun Otuzikilər, Murğuzalılı, Qaradonlu və Göbəktala kəndlərində yeni istixanalar da yaradılır. Yaxın vaxtlarda bu istixanalarda da tərəvəz yetişdirilməsinə başlanılacaq.

© Azərtac