Bu ilin yanvar-fevral aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerlərə 3 milyon manatdan çox kredit verib.
Bu barədə qurumun sədri Mirzə Əliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda AKİA-ya kənd təsərrüfatı texnikasının əldə olunması ilə bağlı müraciətlər üstünlük təşkil edir: "Bu il fermerlərin güzəştli qaydada əldə edəcəyi kənd təsərrüfatı texnikalarının sayında 30% artım gözlənilir".
Xatırladaq ki, 2019-cu ildə AKİA kredit portfelini 112 milyon manata çatdırıb. Bu isə 2018-ci ilin yekunu ilə müqayisədə təxminən 50% çoxdur.
©report