IKT

10 Mart

Omanda Azərbaycan məhsullarının pavilyonu açılacaq

Martın sonunda Omanda Azərbaycan məhsullarının pavilyonunun açılması gözlənilir.

Fins.az xəbər verir ki, bunu Ərəb Ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.Bu barədə APA yazıb.

Onun sözlərinə görə, bununla bağlı yaxın iki həftəyə sənədləşmə işləri tamamlanacaq. Pavilyonda nümayiş olunacaq yerli məhsulların sertifikatlaşdırılır. Layihə çərçivəsində sərgi zalı təşkil olunacaq. Malların satışa çıxarılması nəzərdə tutulub.

Qeyd edək ki, analoji pavilyonların İordaniya, Bəhreyn, Livan və Səudiyyə Ərəbistanında da açılması planlaşdırılır.