IKT

10 Mart

Azərbaycanlı fermerlər bu il 75 milyon manat subsidiya alıb

Bu günə qədər Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi azərbaycanlı fermerlərə 75 milyon manat subsidiya ödəyib.

Fins.az xəbər verir ki, bu barədə qurumun sədri Mirzə Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu məbləğ 180 min fermerin kartına köçürülüb.

M.Əliyev həmçinin qeyd edib ki, indiyə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 474 520 fermer qeydiyyatdan keçib, 361 307 fermer payızlıq əkinlərini bəyan edib: “Həmin bəyanlara görə, ölkədə 993 718 hektar sahədə əkin aparılıb, bunun üçün 279 553 fermerə kart hazırlanıb. Onlardan isə 102 500-ü kartını götürüb. Hazırda 156 391 fermer kartı “Kapital Bank” ASC-nin region filiallarındadır və fermelər yaxınlaşıb kartlarını götürə bilərlər”. 

©Report