Prezident İlham Əliyevin respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinin daha da sürətləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinin, imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə Samux rayonunda sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər görülür.
Fins.az-ın bölgə müxbiri xəbər verir ki, həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ildə kənd təssərrüfatında 89,4 milyon manatlıq məhsul istehsal edilib. Bu, əvvəlki ildəkindən 10,5 faiz çoxdur.
Ötən ilin məhsulu üçün 9623 hektar sahədə taxıl əkilib ki, onun da 5941,0 hektarı buğda, 3682,0 hektarı dən üçün arpa olub. Ötən ildə 7254,3 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb. Onlardan 369 hektarı şəkər çuğunduru, 3329 hektarı dən üçün günəbaxan, 334 hektarı kartof, 697,5 hektarı tərəvəz, 272 hektarı bostan, 456,8 hektarı qarğıdalı və 14 hektarı çəltik və 1782 hektarı digər kənd təsərrüfatı məhsullarıdır.
Bu il yanvarın 1-nə 5941 hektar buğda sahəsindən 19343 ton buğda, 3676 hektar arpa sahəsindən 12699 ton arpa məhsulu toplanıb. Məhsuldarlıq, ümumilikdə, 33,2 sentner təşkil edib.
Digər əkinlər üzrə 334 hektar kartof sahəsindən 6077 ton kartof, 272 hektar bostan sahəsindən 3464 ton bostan, 3329 hektar günəbaxan sahəsindən 7397 ton günəbaxan, 14 hektar çəltik sahəsindən 35 ton çəltik məhsulu yığılıb. Bundan başqa, ötən il 18101 ton meyvə və giləmeyvə, 11624 ton üzüm, 65302 ton quru ot, 11042 ton küləş tədarük olunub.
©Azertac